Dünya Bankının vitse-prezidenti Azərbaycana gələcək

Dünya Bankının vitse-prezidenti Azərbaycana gələcək Səfərinin əsas məqsədi WB-nin qarşıdakı iki ildə Azərbaycandakı fəaliyyəti ilə bağlı proqramı müzakirə etməkdir
Maliyyə
3 Fevral , 2017 17:14
Dünya Bankının vitse-prezidenti Azərbaycana gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyrill Muller) Azərbaycana səfər edəcək. “Report” xəbər verir ki, səfər fevralın 9-na nəzərdə tutulub.

Məlumata görə, bir günlük səfər çərçivəsində WB rəsmisinin Azərbaycan Prezidenti və hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşəcəyi planlaşdırılır.

S.Müllerin səfərinin əsas məqsədi WB-nin qarşıdakı iki ildə Azərbaycandakı fəaliyyəti ilə bağlı proqramı müzakirə etməkdir. 

Son xəbərlər

Orphus sistemi