​Dünya Bankının regional direktoru Azərbaycana gəlir

​Dünya Bankının regional direktoru Azərbaycana gəlir Regional direktor Bakıda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək
Maliyyə
11 İyun , 2016 16:03
​Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 12-də Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun Azərbaycana səfəri başlayır. 

“Report”un əldə etdiyi məlumata görə, üç gün davam edəcək səfər çərçivəsində M.Tembonun Bakıda Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Regional direktorun DB-nin Azərbaycan ofisinin əməkdaşları üçün keçiriləcək seminarda da iştirak edəcəyi deyilir.

Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci il oktyabrın 1-dən işə başlayıb. O, 2012-ci ildən bu vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.

Son xəbərlər

Orphus sistemi