Yuxarı

Dünya Bankının ölkə əlaqələndiricisi Azərbaycana gəlib

Səfərin həftənin sonuna qədər davam edəcəyi gözlənilir

Bakı. 11 oktyabr. REPORT.AZ/ Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. 

“Report” xəbər verir ki, A.Priqojinanın Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, həmçinin hökumətinin iqtisadi blokuna daxil olan bir sıra rəsmi şəxslərlə görüşməsi gözlənilir.

Məlumata görə, WB rəsmisinin bir sıra kommersiya banklarının rəhbərləri ilə də görüşəcəyi istisna olunmur.

Səfərin həftənin sonuna qədər davam edəcəyi deyilir.

Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycana bu ilin fevralında gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi