Dünya Bankının nümayəndəsi yenidən Azərbaycana gəlib

Dünya Bankının nümayəndəsi yenidən Azərbaycana gəlib A.Priqojina sonuncu dəfə Azərbaycana oktyabrda olub
Maliyyə
2 Noyabr , 2016 16:20
Dünya Bankının nümayəndəsi yenidən Azərbaycana gəlib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

"Report"un əldə etdiyi məlumata görə, A.Priqojinanın səfəri noyabrın 8-dək davam edəcək.

Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir.

A.Priqojina həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil edəcəyi konfransa qatılacaq.

Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycanda oktyabrda olub.

Son xəbərlər

Orphus sistemi