Yuxarı

​Dünya Bankının missiyası Bakıdadır

Keçirilən görüşlərdə işlərin gedişi müzakirə olunur

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov Dünya Bankının (DB) maliyyə sektoru üzrə missiyası ilə görüşüb. "Report"un DB-nin Bakı ofisindən əldə etdiyi məlumata görə, bu, görülən işlərin gedişini müzakirə etmək üçün keçirilən görüşdür.

Qeyd edək ki, oktyabrın 5-dən Bakıda olan bu missiyaya Dünya Bankının Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojina (Angela Prigozhina) rəhbərlik edir. Səfər oktyabrın 9-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi