Dünya Bankının eksperti Bakıda səfərdədir

Dünya Bankının eksperti Bakıda səfərdədir ​İİTKM-də makroiqtisadi çərçivə müzakirə edilib
Maliyyə
7 Noyabr , 2016 15:02
Dünya Bankının eksperti Bakıda səfərdədir

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Dünya Bankının makroiqtisadi və fiskal idarəetmə üzrə mütəxəssisi xanım Naoko Koyo bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Ölkədə iqtisadi prosesləri, iqtisadi siyasi məsələləri müzakirə etməkdə maraqlı olan qonaq İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ilə görüşdə Azərbaycanda yeni yaradılan Starteji Yol Xəritəsinin maraq doğurduğunu bildirib və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Görüşdə ölkədəki makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə edilib. Qonağa biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi