​Dünya Bankının Bakı ofisinin rəhbəri "Report" İnformasiya Agentliyində olub

​Dünya Bankının Bakı ofisinin rəhbəri "Report" İnformasiya Agentliyində olub Daimi nümayəndəliyin rəhbəri "Report" Agentliyinin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb
Maliyyə
18 Yanvar , 2016 16:46
​Dünya Bankının Bakı ofisinin rəhbəri Report İnformasiya Agentliyində olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Larisa Leşçenko "Report" İnformasiya Agentliyində olub.

Əvvəlcə qonaq Agentliyin müxtəlif şöbələrinin iş fəaliyyəti ilə tanış olub.

Daimi nümayəndəliyin rəhbəri "Report" Agentliyinin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.

Baş redaktor Murad Əliyev görüşdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, "Report" regionda və dünyada baş verən iqtisadi prosesləri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının fəaliyyətini geniş işıqlandırır.

Öz növbəsində, Larisa Leşçenko Dünya Bankının Azərbaycanda gedən iqtisadi prosesləri dərindən izlədiyini açıqlayıb.

"Report" Agentliyində yaradılan şəraitdən məmnun olduğunu açıqlayan Dünya Bankı rəsmisi Agentliyin işinə uğurlar arzulayıb və gələcəkdə informasiya sahəsində geniş əməkdaşlıq qurulacağına ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi