Yuxarı

​Dünya Bankı yoxsulluqla bağlı minimal gəliri artırıb

Bank yoxsulluq həddinin həssas ölkələrdəki münaqişələrin olması və əmtəə idxalının artması ilə izah edir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Dünya Bankı (DB) yoxsulluq həddinin müəyyənləşdirilməsi ilə bağlı adambaşına orta gündəlik minimal gəliri 1,25 ABŞ dollarından 1,9 ABŞ dollarına qaldırıb. "Report" xəbər verir ki, yoxsulluq həddinin artmasına baxmayaraq, ifrat yoxsulluq həddində yaşayanların 10%-lik baryeri aşmayacağı açıqlanıb.

Məlumata görə, DB 2015-ci ildə 702 mln. nəfər, yəni 9,6% adamın yüksək yoxsulluq səviyyəsində yaşayacağını elan edib. Qurumun açıqlamasında bu rəqəmin 2012-ci ildə 902 mln. nəfər yaxud 12,8% olduğu qeyd edilib.

"İlk dəfə olaraq ifrat yoxsulluq həddini azaltmağa nail ola bilərik", - deyə BBC-yə açıqlamasında DB-nin prezidenti Cim Yen Kim (Jim Yong Kim) deyib.

DB yoxsulluq həddinin aşağı düşməsinə Hindistanın təhsil, səhiyyə və sosial müdafiə sahələrinə sərmayələri artırmasının da təsir etdiyini bildirib. Eyni zamanda, bank yoxsulluq həddinin həssas ölkələrdəki münaqişələrin olması və əmtəə idxalının artması ilə izah edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi