Dünya Bankı TANAP-a ayırdığı kreditin şərtlərini açıqlayıb

Dünya Bankı TANAP-a ayırdığı kreditin şərtlərini açıqlayıb Qeyd edək ki, WB borcu LİBOR+1% dərəcəsi ilə ayırıb
Maliyyə
22 Dekabr , 2016 18:03
Dünya Bankı TANAP-a ayırdığı kreditin şərtlərini açıqlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Dünya Bankı (WB) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayırdığı 800 mln. ABŞ dolları dəyərində olan kreditin şərtlərini açıqlayıb. 

“Report” xəbər verir ki, kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin "BOTAŞ" şirkətinə isə 29 il müddətinə verilib.

Şərtlərə görə, SGC və "BOTAŞ"ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.

Qeyd edək ki, WB borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

Xatırladaq ki, WB-nin Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" alıb.

Son xəbərlər

Orphus sistemi