Yuxarı
    Bağlamaq

    Dünya Bankı TANAP-ın tikintisinə 800 mln. dollar kredit ayırıb - YENİLƏNİB

    Dünya Bankının vitse-prezidenti Siril Muller deyib ki, təmsil etdiyi bank SGC-yə kredit ayırmaqdan məmnundur

    İlk xəbər saat 10:50-də verilib

    Bakı. 21 dekabr. REPORT.AZ/ Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. 

    “Report” xəbər verir ki, kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin "BOTAŞ" şirkəti alıb. 

    ***

    WB-nin vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, təmsil etdiyi qurum SGC-yə kredit ayırmaqdan məmnundur.

    "TANAP rəqabətə şərait yaradacaq, habelə Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. O, həmçinin regional ticarəti, əlaqələrin inkişafını və Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək", - deyə Bank rəsmisi vurğulayıb.

    Qeyd edək ki, TANAP ümumi uzunluğu 3 500 km olan SGC layihəsinin 1 850 km-lik hissəsini əhatə edir. SGC vasitəsi ilə ilkin olaraq ildə “Şahdəniz 2” yatağının 16 mlrd. kubmetr qazının Avropaya nəqli planlaşdırılır ki, onun 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropa ölkələrinə satılacaq.

    TANAP-ın 58%-lik səhmi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 30%-i "BOTAŞ"a, 12%-i BP-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi