Dünya Bankı: Siqaretə tətbiq edilən vergilərin artırılmasını dəstəkləyirik

Dünya Bankı: Siqaretə tətbiq edilən vergilərin artırılmasını dəstəkləyirik “Dünya Bankı tütün və tütün məmulatları üçün müəyyən edilmiş vergi dərəcələrinin artırılmasını dəstəkləyir”.
Maliyyə
15 Aprel , 2019 15:53
Dünya Bankı: Siqaretə tətbiq edilən vergilərin artırılmasını dəstəkləyirik

“Dünya Bankı tütün və tütün məmulatları üçün müəyyən edilmiş vergi dərəcələrinin artırılmasını dəstəkləyir”. 

Bunu “Report”a açıqlamasında qurumun Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.

Onun sözlərinə görə, siqaretə tətbiq edilən vergilərin artırılması insanların həm səhhəti, həm də gəlirləri baxımından müsbət addımdır. 

“Azərbaycanda siqaretə tətbiq edilən vergilərin dərəcəsi region ölkələri ilə müqayisədə azdır və onların gələcəkdə artırılması potensialı böyükdür. Hesab edirəm ki, buna daha çox diqqət yetirilməlidir. Bilirəm ki, vergi administrasiyası bu məsələ üzərində də çalışır. Bəzi ölkələrə fikir versək, görərik ki, onlarda vergi siqaretin qiymətinin, təxminən, 40-50%-nə bərabərdir. Azərbaycan isə bu məsələdə bir qədər geri qalır”.

Son xəbərlər

Orphus sistemi