Dünya Bankı: Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb

Dünya Bankı: Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb Bu ilin sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən ilin sentyabr ayına nisbətən 3% artıb.
Maliyyə
21 Noyabr , 2019 16:41
Dünya Bankı: Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb

Bu ilin sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən ilin sentyabr ayına nisbətən 3% artıb. 

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında bildirilir. 

Qurum ölkədə 9 aylıq ÜDM-in isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artdığını bəyan edib. 

"9 ay ərzində qeyri-neft-qaz sektoru 3,5%, neft-qaz sektoru isə 1,1% böyüyüb. Kənd təsərrüfatı sektorunda isə proqressiv inkişaf hiss olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor 7,1% artıb. Həmçinin sentyabrda real əməkhaqqının artması ilə istehlak sektoru 6,5% böyüyüb. Bu, özünü xüsusilə də dövlət sektorunda və əmək bazarında büruzə verib", - Dünya Bankı bəyan edib. 

Bundan başqa, qurumun hesabatında deyilir ki, sentyabrda Azərbaycanda ərzaq məhsulları illik müqayisədə 5% bahalaşıb. Ümumi inflyasiya isə Dövlət Statistika Komitəsinin açıqladığı kimi 2,6% olub. İlin sonuna qədər bu rəqəm Azərbaycan Mərkəzi Bankının hədəflərinə uyğun olaraq 4±2% civarında olacaq.

Son xəbərlər

Orphus sistemi