Dünya Bankı: Neft gələn il 55 dollar/barelə yüksələ bilər

Dünya Bankı: Neft gələn il 55 dollar/barelə yüksələ bilər 2018-ci ildə bir barelin 59,9 dollar olacağı proqnozlaşdırılır
Maliyyə
9 Noyabr , 2016 16:11
Dünya Bankı: Neft gələn il 55 dollar/barelə yüksələ bilər

Bakı. 9 noyabr. REPORT.AZ/ 2017-ci ildə neftin orta qiyməti 55 dollar/barelə, 2018-ci ildə 59,9 dollar/barelə çata bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Dünya Bankının hesabatında bildirilir.

Proqnoza əsasən, 2016-ci ildə neftin orta qiyməti 43 dollar/ barel təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 15% aşağıdır. 

Həmçinin tələbatın artmasının 2017-ci ildə, xüsusilə də ikinci yarımildə hasilatın həcmini artıracağı və bunun nəticəsində neft anbarlarında ehtiyatın azalacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi