​Dünya Bankı kredit qoyuluşunu 10% artırıb

​Dünya Bankı kredit qoyuluşunu 10% artırıb Qrupun bu il verdiyi kredit ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 mlrd. dollar yaxud 9,52% çoxdur
Maliyyə
13 İyul , 2016 10:36
​Dünya Bankı kredit qoyuluşunu 10% artırıb

Bakı. 13 iyul. REPORT.AZ/ Dünya Bankı (DB) Qrupu son bir ildə 61 mlrd. ABŞ dolları həcmində kredit ayırıb. “Report” xəbər verir ki, bu barədə Bankın 1 iyul 2015 - 30 iyun 2016-cı il tarixlərini əhatə edən hesabatında qeyd edilir.

Hesabatda deyilir ki, qrupa daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) bu kreditin 29,7 mlrd. dollarlıq, Beynəlxaq İnkişaf Assosiasiyası (IDA) 16,2 mlrd. dollarlıq, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 11 mlrd. dollarlıq və Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA) isə 4,3 mlrd. dollarlıq borc verib.

Qrupun bu il verdiyi kredit ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 mlrd. dollar yaxud 9,52% çoxdur.

Son xəbərlər

Orphus sistemi