​Dünya Bankı hesabatında Türkiyəni tənqid edib

​Dünya Bankı hesabatında Türkiyəni tənqid edib "Hökumətin dövlət qurumları üzərindəki nəzarəti davam edir"
Maliyyə
14 Fevral , 2015 12:37
​Dünya Bankı hesabatında Türkiyəni tənqid edib

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyədə ictimaiyyətlə iş görmə proseslərində tez-tez yaşanan “tanış kəslərlə iş görmə” problemi Dünya Bankının (DB) yeni hesabatında xüsusi qeyd olunub.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, DB-nin ötən ilin dekabrında nəşr olunan "Türkiyənin transformu: İnteqrasiya, əhatə dairəsi və qurumlar” başlıqlı hesabatında, Türkiyədə iş görmə prosesləri ilə bağlı sərt ifadələrin yer aldığı bildirilir.

Hesabatda Türkiyənin son illərdə hər cəhətdən böyüdüyü və yüksək gəlirli ölkələrə yaxınlaşdığı qeyd olunmaqla yanaşı "Türkiyədəki yerli və xarici investorlar işlərində müvəffəqiyyətli olmaq üçün hələ də “işi necə görməyin deyil, kimi tanıdığın” (know how, know who) prinsipi ilə işləməyə daha çox əhəmiyyət verdiklərini bildiriblər. Bununla yanaşı, tanış şəxslər vasitəsi ilə əldə olunan razılaşmalar hüquqi problemləri örtbasdır etməyə imkan verir. “Beləliklə Türkiyə iş adamları innovasiya edərək gəlirlərini artırmaq yerinə, müxtəlif ərazilərin istifadə haqlarından və qazanclı tenderlərdən daha çox gəlir əldə edirlər” deyilir.

Sənəddə qeyd olunur ki, 1990-2000-ci illərdən sonra bir çox iqtisadi təşkilatların siyasi təzyiqlərdən təcrid olunduğu elan edilib, amma gerçəkdə bu qurumların müstəqilliyi hələ də mübahisəli məsələdir. Hökumətin dövlət qurumlarının böyük bir qismi üzərindəki nəzarəti davam edir, xüsusilə də yerlərdə. Bundan başqa, Türkiyədə aşağı və orta təbəqə üçün iqtisadi və siyasi imkanlar yaradılsa da, bir çox insan hüquqlarının qorunacağı istiqamətində verilən zəmanətə inanmadıqlarından dolayı bu imkanlardan istifadə etmək istəmir.

Son xəbərlər

Orphus sistemi