Yuxarı

Dünya Bankı: ​Dollar kreditlərindən yaranan zərəri hamı çəkməlidir

Larisa Leşçenko: Banklar son illərdə yüksək faiz dərəcəsindən faydalanıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda dollar kreditləri ilə bağlı məsuliyyət kreditləşmə prosesində iştirak edən bütün tərəflər arasında bərabər bölüşdürülməlidir. Milli valyutanın devalvasiyasının bu sahəyə yetirdiyi zərər kreditləşmənin iştirakçısı olan üç tərəf - kreditor (bank və s.), kreditalan və dövlət arasında bərabər paylanmalıdır. Bunu "Report"a açıqlamasında Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib. 

L.Leşçenkonun sözlərinə görə, bu prosesdə kredit götürən də mütləq qaydada məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir: "Çünki məzənnənin uzun müddət sabit olmasının yaratdığı əminliyə baxmayaraq, vətəndaşlar uzunmüddətli gəlir profillərinə diqqətlə yanaşmalı və mümkün riskləri nəzərə almalı idilər".

"Banklara gəldikdə isə, onlar son illərdə yüksək faiz dərəcələrindən faydalanıb və indi də öz müştərilərinə güzəşt etməyi nəzərdən keçirə bilərlər", - deyən Bank rəsmisi qeyd edib.

Dövlətin də dollar krediti sahiblərinə yardım etməsinin zəruriliyi Dünya Bankının Bakı ofisinin rəhbəri tərəfindən xüsusi vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi