Yuxarı
    Bağlamaq

    ​Dünya Bankı devalvasiyanın təsiri ilə bağlı Azərbaycana yardım göstərə bilər

    DB: Azərbaycandakı vəziyyəti yaxından monitorinq edirik

    Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan milli valyutasının çevikliyinin təmin edilməsi son bir neçə ay ərzində manat üzərində intensivləşmiş təzyiqin yumşaldılması üçün atılan zəruri addımdır. Bunu "Report"un Azərbaycan Mərkəzi Bankının "üzən məzənnə" rejiminə keçidlə bağlı qərarını şərh edərkən Dünya Bankının Bakı ofisindən bildiriblər.

    DB-nin yerli nümayəndəliyindən bildirilib ki, Bank Azərbaycandakı cari vəziyyəti yaxından monitorinq edir: "Bankın komandası vəziyyəti və onun təsirlərini yaxından monitorinq edir. Azərbaycanın sıx tərəfdaşı kimi Dünya Bankı zərurət yaranarsa və müraciət olarsa, ölkə hökumətinə zəruri yardımı göstərməyə hazırdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi