Yuxarı

​Dünya Bankı Cənubi Qafqaz regionu üzrə yeni direktor təyin edib

Yeni regional direktor oktyabrın 1-dən vəzifələrinin icrasına başlayacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Dünya Bankı Cənubi Qafqaz regionu üzrə yeni direktor təyin edib.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu vəzifəni Mersi Tembon (Kamerun) tutub. O, oktyabrın 1-dən vəzifələrinin icrasına başlayacaq.

M.Tembon bu postda 2012-ci ildən sözügedən vəzifəni icra edən və hazırda Qana, Liberiya və Sierra Leone üzrə DB-nin regional direktoru təyin olunan Henri Kiralini əvəz edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi