​Dünya Bankı Bakı-Şamaxı yolunun inşasına 140 mln. dollar ayırıb

​Dünya Bankı Bakı-Şamaxı yolunun inşasına 140 mln. dollar ayırıb Bu vəsait martın sonuna qədər Azərbaycana təqdim olunacaq
Maliyyə
10 Fevral , 2016 12:55
​Dünya Bankı Bakı-Şamaxı yolunun inşasına 140 mln. dollar ayırıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun tikintisi üçün 140 mln. ABŞ dolları ayrılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib.

L.Leşçenkonun sözlərinə görə, bu vəsait mart ayının sonuna qədər Azərbaycana təqdim olunacaq: "Həmin yolun çəkilməsi üçün kreditin ayrılması artıq təsdiqlənib və martın sonuna qədər veriləcək".

Son xəbərlər

Orphus sistemi