Yuxarı
    Bağlamaq

    Dünya Bankı Azərbaycanı Yuxarı Orta-Gəlirli ölkələr sırasına daxil edib

    Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Dünya Bankı (WB) Azərbaycanı Yuxarı Orta-Gəlirli (Upper Middle-Income) siyahısına daxil edib. 

    “Report” xəbər verir ki, bu siyahıya Azərbaycanla yanaşı dünyanın 55 ölkəsi adı salınıb. 

    Məlumatda qeyd edilir ki, Gürcüstan, Türkiyə və Rusiya Azərbaycanla eyni siyahıda yer alsa da, Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır. Ümumilikdə bu siyahıya Ermənistanla birlikdə 52 ölkə daxildir. 

    Qeyd edək ki, WB bu kateqoriya üzrə ölkələri 4 qrupa ayırıb. Birinci qrup Aşağı Gəlirli (Low-Income) ölkələrdir ki, bura 31 ölkənin adı daxildir. Bankın sıralamasında Yüksək Gəlirli (High-Income) ölkələrin sayı isə 82 göstərilib.

    Xatırladaq ki, siyahıda ümumilikdə 200 ölkənin adı yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi