Yuxarı
    Bağlamaq

    ​Dünya Bankı Azərbaycandakı islahatlara dəstək olacaq

    Anjela Prigojina: İqtisadiyyatda islahatların keçirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsinə töhfə verməyə hazırıq

    Bakı.17 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin istifadəyə verilməsi Azərbaycana yeni investisiyaların gəlməsinə şərait yaradacaq. "Report"un verdiyi xəbərə görə, bunu Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib.

    "Sistemin istifadəyə verilməsi kapital bazarının effektiv işləməsinin təməli, Azərbaycan kapital bazarının davamlı inkişafı üçün mühüm əlamətidir. Həmçinin, Azərbaycana yeni investisiyaların, o cümlədən xarici investisiyaların gəlməsinə şərait yaradacaq. Bundan başqa, yerli şirkətlər də beynəlxalq kapital bazarına çıxış imkanı əldə edəcək", - deyə A.Priqojina deyib. 

    O, bildirib ki, DB Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə hazırdır. 

    "Biz Azərbaycana kapital bazarında islahatlara kömək göstərməyə hazırıq. Azərbaycan iqtisadiyyatının inkişafı üçün islahatların keçirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsinə töhfə verməyə hazırıq", - deyə A.Priqojina əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi