Yuxarı

​Dünya Bankı Azərbaycanda daşınar əmlakın yüklülüyü sahəsində islahatları dəstəkləyir

Azərbaycanda daşınar əmlakın qeydiyyatı ilə bağlı qanun layihəsi hazırlanacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupunun üzvü) Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birlikdə Bakıda "Kiçik və orta sahibkarlığın inkişafına dəstək: Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlara olan zərurət" adlı konfrans keçirib.

"Report"un verdiyi xəbərə görə, hazırda ölkədə kreditləşmə əsasən torpaq və mənzil kimi daşınmaz əmlak təminatı əsasında həyata keçirilir. Bu hal girov təminatı kimi təklif edilməli olan daşınmaz əmlaka malik olmayan kiçik sahibkarlar üçün mühüm maneədir. Təminat kimi Azərbaycanda geniş istifadə edilməyən daşınar əmlak bir qayda olaraq daha likviddir və maliyyə məlumatlarının zəif olması halında belə maliyyə resurslarına çıxış imkanlarını artıra bilər.

ABA prezidenti Zakir Nuriyev bildirib ki, daşınar əmlakın girov mexanizmi və qeydiyyat reyestrinə hazırda ciddi ehtiyac var: "Bu günə qədər daşınar əmlakın hər hansı girov mexanizmi, qeydiyyat reyestri olmayıb. Ona görə də daşınar əmlakın girov mexanizmi və müvafiq qanun layihəsinin hazırlanması, qeydiyyat orqanı və reyestr aparatının müəyyən edilməsi önəmli məsələdir. Təəssüf ki, qanun layihəsi uzun müddətdir müzakirə olunur. Sənəd hazırlanıb, lakin qəbul edilməyib. Artıq bugün bank sektorundakı prosesləri, aktiv əməliyyatların həcminin artımını nəzərə alaraq daşınar əmlakın qeydiyyatı üzrə qanun layihəsinin hazırlanması və qəbulu olduqca vacibdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi