Yuxarı
    Bağlamaq

    ​Dünya Bankı Azərbaycan üzrə proqnozunu azalda bilər

    Bank struktur islahatları ilə bağlı Azərbaycana hər cür dəstək verməyə hazırdır

    Bakı. 4 aprel. REPORT.AZ/ Dünya Bankı (DB) Azərbaycan iqtisadiyyatı üzrə artım proqnozunu azalda bilər. “Report” xəbər verir kii, bunu “Reuters”ə açıqlamasında DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib.

    L.Leşçenko Azərbaycan hökumətinə neft gəlirlərindən asılılığı azaltmağı və struktur islahatlarına getməyi təklif edib. Onun sözlərinə görə, ötən il neft qiymətlərinin aşağı düşməsi Azərbaycan Mərkəzi Bankını üzən məzənnəyə keçməyə və bank sektorunun tənəzzülünün qarşısını almaq üçün bir sıra tədbirlər görməyə məcbur edib: “Hazırda 2016-cı il üçün Azərbaycanla bağlı iqtisadi artım proqnozu 0,8% müəyyən edilib, amma bu, hadisələrin son inkişafından sonra dəyişə bilər. Kəskin fiskal konsolidasiya, bank sektorunun əhəmiyyətli kövrəkliyi və neftin proqnozlaşdırılan aşağı qiyməti mənfi iqtisadi icmala şərait yaradan amillərdəndir”.

    DB-nin Bakı ofisinin rəhbəri deyib ki, Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə uyğunlaşmaqla bağlı çətinlik çəkir: “Lakin bu, iqtisadiyyatın diversifikasiyası üçün mühüm əhəmiyyət daşıyır. Xüsusən də kənd təsərrüfatı və emal kimi ticarət əhəmiyyətli sahələr milli valyutanın devalvasiyasından faydalana bilər".

    L.Leşçenko qeyd edib ki, Dünya Bankı struktur islahatları ilə bağlı Azərbaycana hər cür dəstək verməyə hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi