Dünya Bankı: Azərbaycan iqtisadiyyatını diversifikasiya etməsə, inkişaf zəif olacaq

Dünya Bankı: Azərbaycan iqtisadiyyatını diversifikasiya etməsə, inkişaf zəif olacaq Proqnoz: Bu il ölkədə real ÜDM-in 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə 2,6% artacağı
Maliyyə
10 Yanvar , 2018 16:17
Dünya Bankı: Azərbaycan iqtisadiyyatını diversifikasiya etməsə, inkişaf zəif olacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ "Əsas neft ixracatçıları öz iqtisadiyyatlarını diversifikasiya edə bilməsələr, zəif inkişaf edəcəklər. Məsələn, Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda qəbul edilən ortamüddətli strategiyalar reallaşdırılmasa, bu ölkələr iqtisadi artımın daha az olmasından əziyyət çəkə bilərlər".

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı “Global Economic Prospects” adlı hesabatda qeyd edilir.

Məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatında geriləmə 2016-cı illə müqayisədə 2017-ci ildə yavaşlasa da, proses davam edib. Belə ki, iqtisadi geriləmə 2016-cı ildə 3,1% təşkil edib, 2017-ci ildə isə 1,4% olacağı gözlənilir. 

"2014-2016-cı illərdə neft qiymətlərindəki azalma bank sektorunda problemlər və dövlət gəlirlərinin azalması da daxil olmaqla iqtisadiyyatda geriləmə ilə müşahidə olunub. Zəif monetar siyasət inflyasiya ilə mübarizədə pul-kredit siyasətini məhdudlaşdırıb. Bununla yanaşı, qeyri-neft sektorunda bərpa və investisiya qoyuluşunda artım müşahidə olunub", - deyə sənəddə qeyd olunub.

Məlumata görə, bu il Azərbaycanda real ÜDM-in 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi