Dünya Bankı ADİF-in fəaliyyətini qiymətləndirəcək

Dünya Bankı ADİF-in fəaliyyətini qiymətləndirəcək Qiymətləndirmədən sonra Fonda müəyyən tövsiyyələr verilə bilər
Maliyyə
7 Fevral , 2017 14:05
Dünya Bankı ADİF-in fəaliyyətini qiymətləndirəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın Azərbaycana səfəri çərçivəsində Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyəti qiymətləndiriləcək.

Bu barədə “Report”a ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, Dünya Bankının missiyası rəhbərlik etdiyi qurumun fəaliyyətinin Əmanətlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiyanın 16 prinsipinə uyğun olub-olmadığını nəzərdən keçirəcək. Monitorinqdən sonra, fonda bununla bağlı müəyyən tövsiyyələrin veriləcəyi istisna deyil.

Xatırladaq ki, Dünya Bankından olan nümayəndə heyəti fevralın 19-dan martın 1-dək Azərbaycanda səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi