Yuxarı

Dövlət Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

DSK və Beynəlxalq Miqrasiya Təşkilatı əməkdaşlığı müzakirə edib

Oktyabrın 29-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qerqiyevlə görüşüb. 

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Vladimir Qerqiyevi salamlayan T.Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun olaraq ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlardan danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Komitə sədri Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qerqiyev, öz növbəsində, səmimi görüşə görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari əməkdaşlıq əlaqələri və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi