Yuxarı

DSK sədri: "Azərbaycan bu il iqtisadi artım tempini qoruyacaq"

Azərbaycan zərurət yaranacağı təqdirdə inflyasiya səbətinə yenidən baxa bilər

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda inflyasiyanın hesablanması zamanı istifadə olunan mal və xidmətlərin siyahısında heç bir dəyişiklik olmayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. 

T.Budaqovun sözlərinə görə, zərurət yarandıqda, bu səbətdə dəyişiklik məsələsinə baxılacaq: "Bilirsiniz ki, burada 500-dən artıq ərzaq və qeyri-ərzaq məhsulları yer alıb. Təbii ki, bu məhsullar insanların ən çox istifadə etdiyi məhsullardan formalaşıb. Əgər zərurət yaranarsa, buna baxmaq olar".

Dövlət Komitəsinin sədri inflyasiya ilə bağlı 2016-cı il  üçün proqnoz verməyin də çətin olduğunu söyləyib: "Bu gün dünyada gedən proseslər tək iqtisadi məsələlərlə tənzimlənsə idi, bu proqnozu vermək asan olardı. Cənab Prezidentin də dediyi kimi, çox təəssüf ki, bu gün siyasi aspektlər üzərində qurulub. Lakin  hesab edirəm ki, bu il ÜDM-in artım tempini qoruyub saxlayacağıq".

Xatırladaq ki, 2015-ci ildə ÜDM-in həcmi 1,1% artıb, illik inflyasiya isə 4,6% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi