Dövriyyəyə yeni 50 avroluq əsginaslar buraxılır

Dövriyyəyə yeni 50 avroluq əsginaslar buraxılır 50 avroluq əsginasda önəmli dəyişikliklər edilib
Maliyyə
4 Aprel , 2017 13:23
Dövriyyəyə yeni 50 avroluq əsginaslar buraxılır

Bakı. 4 aprel. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) daha yüksək təhlükəsizlik parametrləri ilə təmin edilən yeni 50 avroluq əsginaslar buraxıb. "Report" xəbər verir ki, yeni əsginaslar bu gündən etibarən tədavülə çıxır. Əsginasda təsvir olunan rənglər əvvəlki kimi narıncı və qəhvəyidir. Lakin gözlə görünməyən bir sıra təhlükəsizlik tədbirlərinin alındığı bildirilir. 

Əsginasın əsas işarəsi dəyişdirilib və yeni əsginasda qədim yunan mifologiyası qəhrəmanı əks etdirilib. Bundan başqa, əsginas əyildikdə sol aşağı küncün rəngi göydən tünd yaşıla dəyişir. Daha bir önəmli dəyişiklik isə əsginasdakı abbreviaturanın artıq 5 deyil, 10 dildə yazılması ilə bağlıdır. Həmçinin, 2007-ci ildə Bolqarıstan və Rumıniyanın Avropa İttifaqına qoşulması səbəbindən kirill əlifbası ilə "avro" sözü əks etdirilib.

Tezliklə 100 və 200 avroluq əsginasların da dəyişdiriləcəyi gözlənilir. Ümumilikdə, 6,5 mln. ədəd yeni əsginasın çap edildiyi, köhnə əsginasların tədricən dövriyyədən çıxarılacağı bildirilir. Xatırladaq ki, hazırda dünya üzrə dövriyyədə 18 mlrd. ədəd 50 avroluq əsginas var, bu da ümumi avro əsginaslarının sayının 45%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi