Dövlət vergi ödəyicilərinin büdcə daxilolmalarında SOCAR-ın payı 66%-ə çatıb

Dövlət vergi ödəyicilərinin büdcə daxilolmalarında SOCAR-ın payı 66%-ə çatıb Hesabat dövründə ümumilikdə şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi 88% azalıb
Maliyyə
24 May , 2017 11:25
Dövlət vergi ödəyicilərinin büdcə daxilolmalarında SOCAR-ın payı 66%-ə çatıb

Bakı. 24 may. REPORT.AZ/ Ötən il dövlət mülkiyyətində olan vergi ödəyicilərinin büdcə daxilolmalarının 65,6%-ni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilən vergi və digər icbari ödənişlər təşkil edib.

"Report" bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Hesabata əsasən, bu mənbə üzrə müəyyən edilmiş 1 240,0 mln. manat məbləğində proqnoz 101,0% səviyyəsində icra olunaraq dövlət büdcəsinə 1 252,393 mln. manat məbləğində vəsait ödənilib.

Hesabat dövründə ümumilikdə şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi 60,2 min manat və ya 88% azalaraq 8,2 min manat ("Azəriqaz" üzrə) olub. Artıqödəmənin həcmi isə 10,815 mln. manat və ya 7,6% artaraq 153,477 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi