Dövlət Statistika Komitəsinin sədri Çexiyanın sabiq baş naziri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Çexiyanın sabiq baş naziri ilə görüşüb Görüşdə statsitika sahəsində kadr hazırlığının prespektivləri müzakirə edilib
Maliyyə
6 Oktyabr , 2017 11:14
Dövlət Statistika Komitəsinin sədri Çexiyanın sabiq baş naziri ilə görüşüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Çexiyanın sabiq baş naziri, Statistika İdarəsinin sabiq prezidenti Jan Fişerlə görüşüb. 

Bu barədə “Report”a DSK-nın mətbuat xidmətindən məlumat verilib.

T.Budaqov Azərbaycanla Çexiya arasında əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar olduğunu, hər iki ölkənin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

J.Fişer ötən il Bakıda keçirilən ənənəvi IV Qlobal Bakı Forumununda iştirak etdiyini və forum çərçivəsində yüksək səviyyəli qonaqlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xatırlayıb.

J.Fişer öz həmkarları ilə birgə yaratdığı və Çexiyanın Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş statistikaya dair magistr pilləsi üzrə yeni proqramı təqdim edərək bildirib ki, proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin, statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Görüşdə statsitika sahəsində kadr hazırlığının prespektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi