Yuxarı

​Dövlət Sığorta Nəzarəti Xidmətinin 15 əməkdaşı Maliyyə Nazirliyində işlə təmin ediləcəyini gözləyir

Xidmətin 8 işçisi yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasında işlə təmin olunub

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda dövlət başçısının fərmanı ilə bu ilin fevralında ləğv edilmiş Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) işçi heyətindən yalnız 8 nəfər yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasında işlə təmin edilib.

"Report"un əldə etdiyi məlumata görə, DSNX-nin texniki işçiləri (sürücü və xadimələr) ixtisar edilib. Qurumdan Maliyyə Nazirliyinə yalnız sabiq rəis Namiq Xəlilov aparılıb və maliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. Daha 15 nəfər isə Maliyyə Nazirliyinin digər şöbə və idarələrində işlə təmin olunacağını gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi