Yuxarı

Azərbaycanda dövlət payı olan 3 səhmdar cəmiyyəti qanunvericiliyi ümumilikdə 46 dəfə pozub

Dövlət payı olan 3 SC qanunvericiliyi ümumilikdə 46 dəfə pozub
© Report

Hesablama Palatası ötən il üzrə ayrı-ayrı dövlət qurumlarında aparılan tədbirlərin nəticəsi üzrə müəyyən edilmiş nöqsanları və yol verilmiş nöqsanların məbləğ hissəsində nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.

“Report” xəbər verir ki, bu qurumlar sırasında “Azərişıq”, “Azərkosmos”, “Təmiz Şəhər” ASC-lər də yer alıb.

Qurumlarda bu hal üzrə qeydə alınan nöqsan sayı müvafiq olaraq 4, 2 və 4-dür.

Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, “Azərişıq”da bu hal 4, Təmiz Şəhər”də 3 dəfə baş verib. “Azərkosmos”da isə belə bir hal yaşanmayıb.

Palatanın hesabatına görə, vergi və gömrük qanunvericiliyinin pozulması halına “Azərişıq” və “Azərkosmos”da müvafiq olaraq 4, “Təmiz Şəhər”də isə 2 dəfə baş verib.

Bundan başqa, ötən il ərzində mühasibat uçotu və hesabatlılıq ilə bağlı “Azərişıq”da 4, “Azərkosmos”da 2, "Təmiz Şəhər”də isə 7 nöqsan aşkar edilib.

Ümumilikdə, bu qurumlar üzrə baş vermiş nöqsanların yekun sayı “Azərişıq” və “Təmiz Şəhər” ASC-lər üzrə müvafiq olaraq 18, “Azərkosmos” ASC üzrə isə 10-dur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi