Yuxarı
    Bağlamaq

    ​Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb

    Fondun gəlirləri 3,9 mlrd. manat, xərcləri 2,3 mlrd. manat olub

    Bakı. 18 iyul. REPORT.AZ/ 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 991,0 mln. manat, büdcə xərcləri isə 2 256,7 mln. manat təşkil edib.

    "Report"a Fonddan verilən məlumata görə, ilin I yarısında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 680,6 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 8,8 mln. manat təşkil edib.

    Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 mln. manata bərabər olub.

    Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 760,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 miln. manat vəsait ayrılıb. Hesabat dövründə 9,2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 mln. manat təşkil edib.

    Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 65,4 mln. manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi