Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin icrasına dair nəzarət tədbirləri aparılıb

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası vəziyyətinə dair nəzarət tədbirlərinin hesabatları müzakirə olunub.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, bundan başqa, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Suraxanı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin, dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə dair və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirlərinin nəticələri də müzakirə olunan mövzular arasında yer alıb.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi