Bakı. 29 dekabr. REPORT.AZ/ “Atasığorta” ASC Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əməkdaşlarının tibbi sığortalanması üzrə keçirilmiş tenderin qalibi elan olunub. Bu barədə “Report”a Fonddan bildirilib.
Məlumatda deyilir ki, Tender Komissiyasının 16 dekabr 2016-cı il tarixli qərarı ilə 4 iddiaçı şirkət arasından “Atasığorta” seçilib. Şirkətlə ARDNF arasında müvafiq satınalma müqaviləsi imzalanlb.
Müqavilənin şərtlərinə görə, Fondun 160 əməkdaşının 1 illik tibbi sığorta təminatı əldə etməsi üçün “Atasığorta”ya 126,4 min manat, yəni adambaşına 790 manat sığorta haqqı ödəniləcək. Bunun əvəzində ARDNF-in hər işçisi 10 min manatlıq sığorta təminatı qazanacaq.