Dövlət Neft Fondu banklara daha 50 mln. dollar satıb

Dövlət Neft Fondu banklara daha 50 mln. dollar satıb Bu məbləğ 20 kommersiya bankına satılıb
Maliyyə
8 Aprel , 2016 11:18
Dövlət Neft Fondu banklara daha 50 mln. dollar satıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğ 20 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi