Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi müntəzəm valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən çıxarılan 50 mln. ABŞ dolları məbləğində vəsaitin 2,4 miln. dolları satılıb.
"Report"a Fonddan verilən məlumata görə, bu vəsait 4 kommersiya bankına satılıb.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.