Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat olub
Maliyyə
30 Avqust , 2016 18:15
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Bakı. 30 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101011515 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 714 500 manat təşkil edib. Sifarişlər 96,3512 manat (15,4003%)-97,9200 manat (8,6383%) qiymət intervalında təqdim edilib. 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97,6234 manat (9,9001%), ortaölçülmüş qiyməti 97,7580 manat (9,3265%) təşkil edib. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat olub. İstiqrazların ödəmə tarixi 29 noyabr 2016-cı ildir.

Son xəbərlər

Orphus sistemi