Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 47-83% üstələyib

Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 47-83% üstələyib Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Maliyyə
27 Dekabr , 2016 16:28
Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 47-83% üstələyib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, 182 gün tədavül müddətli, 10 mln. manatlıq (AZ0102027510) qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 6 investor 10 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 18 284 400 manat olub. Sifarişlər 90,9771 manat (19,9999%)-92,0191 manat (17,4899%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91,4515 manat (18,85%), orta ölçülmüş qiyməti 91,7116 manat (18,2247%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 27 iyun 2017-ci ildir.

Bu gün həmçinin BFB-də Maliyyə Nazirliyinin AZN nominallı, 364 gün tədavül müddətli, 10 mln. manatlıq (AZ0104028516) qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 3 investor 6 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 743 300 manat təşkil edib. Sifarişlər 82,0483 manat (21,9999%)-87,7784 manat (13,9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 82,7233 manat (20,9999%), orta ölçülmüş qiyməti 83,4716 manat (19,4716%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 26 dekabr 2017-ci ildir. 

Son xəbərlər

Orphus sistemi