Yuxarı
    Bağlamaq

    Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 10 mln. manatlıq (AZ0101024518) dövlət istiqrazları üzrə hərrac keçirilib. 

    u barədə “Report” nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, hərraca investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25,7 mln. manat təşkil edib.

    Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,7791 manat (gəlirlilik 17,8724%) səviyyəsində müəyyən edilib.

    Qiymətli kağızların ödəmə tarixi 14 mart 2017-ci ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi