Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 2,3 dəfə üstələyib

Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 2,3 dəfə üstələyib Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
8 Noyabr , 2016 17:14
Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 2,3 dəfə üstələyib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104021511 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 6 investor 13 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 34,071 mln. manat təşkil edib.

Sifarişlər 82 manat (22,1331%) - 87,3969 manat (14,54%) qiymət intervalında təqdim olunub. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86,9876 manat (15,0828%), ortaölçülmüş qiyməti 87,0711 (14,9717%) manat olub.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat olub. Qiymətli kağızların ödənmə tarixi 7 noyabr 2017-ci ildir. 

Son xəbərlər

Orphus sistemi