Yuxarı

Dövlət Gömrük Komitəsi: İdxal malları üzrə aksiz daxilolmaları 82% azalıb

Dövlət büdcəsinin gömrük orqanlarının xətti ilə daxilolmaları iki ayda 32% artıb

Bakı. 15 mart. REPORT.AZ/ Cari ilin fevral ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 139 635,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 851,45 min manat yaxud 32% çoxdur.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 513,96 min manat yaxud 1,6 dəfə artaraq 39 436,36 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 14 192,08 min manat yaxud 17,2% artaraq 96 686,58 min manat, aksizlər 5 810,68 min manat yaxud 81,71% azalaraq 1 300,76 min manat, yol vergisi üzrə daxilolmalar isə 956,08 min manat və ya 76,13% artaraq 2 212 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi