Yuxarı
    Bağlamaq

    Dövlət Gömrük Komitəsi: ƏDV üzrə daxilolmalar 15% azalıb

    Mart ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 1% artıb

    Bakı. 10 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 132 416,36 min manat daxil olub. 

    "Report"un DGK-nin yaydığı hesabata istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1 299,2 min manat, yaxud 0,97% çoxdur.

    Aylıq büdcə daxilolmalarının 47 386,16 min manatı (35,79%) gömrük rüsumları, 75 670,39 min manatı (57,15%) ƏDV, 7 597,1 min manatı (5,74%) aksizlər, 1 762,71 min manatı (1,33%) yol vergisinin payına düşüb.

    Ötən ilin mart ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 20,26%, aksizlərin həcmi 91,07%, yol vergisinin həcmi 34,08% artıb, ƏDV-nin həcmi isə 15% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi