Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb

Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb Bakı. 17 dekabr. REPORT.AZ/ Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.
Maliyyə
17 Dekabr , 2018 11:03
Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb
Report

Bakı. 17 dekabr. REPORT.AZ/ Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici videoçarxda:

Son xəbərlər

Orphus sistemi