Yuxarı
    Bağlamaq

    Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarının fevral göstəricilərini açıqlayıb

    DGK-nin xətti ilə 2017-ci ilin fevralında dövlət büdcəsinə 194,9 mln. manat həcmində vergi və rüsumlar daxil olub© Report.az

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 194 938,90 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 312,24 min manat yaxud 88,12% çoxdur.

    "Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25 879,46 min manat yaxud 110,40% (2,1 dəfə) artaraq 50 482,40 min manat olub.

    Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 59 788,91 min manat yaxud 77,75% artaraq 136 690,00 min manat, aksizlər üzrə 3 237,78 min manat yaxud 152,44% (2,5 dəfə) artaraq 5 361,80 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 245,59 min manat və ya 107,81% yaxud 2,1 dəfə artaraq 2 404,70 min manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi