Dövlət büdcəsinin DGK üzrə daxilolmaları I yarımillikdə 15% artıb

Dövlət büdcəsinin DGK üzrə daxilolmaları I yarımillikdə 15% artıb Lakin aksizlər üzrə büdcə daxilolmaları 11,5 mln. manat və ya 26% azalaraq 32,717 mln. manata düşüb
Maliyyə
10 İyul , 2017 10:35
Dövlət büdcəsinin DGK üzrə daxilolmaları I yarımillikdə 15% artıb
Report.az

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 1 148,557 mln. manat həcmində vergi və rüsumlar daxil olub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 153,178 mln. manat, yaxud 15,4% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 41,318 mln. manat, yaxud 15,3% artaraq 312,238 mln. manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 140,57 mln. manat, yaxud 21,7% yüksələrək 788,441 mln. manat, aksizlər üzrə 11,491 mln. manat, yaxud 26% azalaraq 32,717 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 16,219 mln. manat və ya 50,1% (2 dəfə) azalaraq 16,162 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi