Yuxarı

Dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi yoxlanılıb

Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbiri üzrə Hesabat müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi, Nazirlik tərəfindən dövlət rüsumlarının hesablanması və dövlət büdcəsinə köçürülməsinə dair, dövlət büdcəsindən Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair və Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair nəzarət tədbiri üzrə hesabatlar müzakirə mövzuları sırasında yer alıb.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi