Dövlət büdcəsindən təhsil şöbəsi və mərkəzi xəstəxanaya ayrılan vəsaitin icrası yoxlanılıb

Dövlət büdcəsindən təhsil şöbəsi və mərkəzi xəstəxanaya ayrılan vəsaitin icrası yoxlanılıb Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib
Maliyyə
27 İyul , 2016 20:33
Dövlət büdcəsindən təhsil şöbəsi və mərkəzi xəstəxanaya ayrılan vəsaitin icrası yoxlanılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, yığıncaqda dövlət büdcəsinin yerli xərclərindən Şəmkir rayon Təhsil Şöbəsinə və Ucar Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi