Dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası üzrə yoxlamalar davam edir

Dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası üzrə yoxlamalar davam edir Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib
Maliyyə
12 İyun , 2017 19:15
Dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası üzrə yoxlamalar davam edir
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. 

Toplantıda dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna və Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

"Report" Hesablama Palatasına istinadən xəbər verir ki, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Prezidentin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə olkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasına dair Hesablama Palatasında görüləcək işlər haqqında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi