Dövlət büdcəsində yaranmış qənaət digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə biləcək

Dövlət büdcəsində yaranmış qənaət digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə biləcək ​Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydalarına dəyişiklik edilib
Maliyyə
3 Mart , 2018 05:47
Dövlət büdcəsində yaranmış qənaət digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə biləcək

Bakı. 3 mart. REPORT.AZ/ Nazirlər Kabinetinin “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə görə, dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətdən dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Son xəbərlər

Orphus sistemi